“Hazırda Ukraynada hava hücumu xəbərdarlığı yayılır. Saat 17:15-də səmamızda Rusiyanın hücum pilotsuz təyyarələri aşkarlanıb”.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında məlumat verib.
Ölkə başçısı qeyd edib ki, söhbət Putinin insanların həyatı ilə oynamaq üçün daha bir cəhdindən gedir:
“Bizim səmadakı “Şahed”lər Putinin Pasxa bayramına və insanların həyatına əsl münasibətidir”.
Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sıbıqa da öz növbəsində qeyd edib ki, onun fikrincə, Putinin bəyanatlarına etibar etmək olmaz:
“Ukrayna ABŞ-nin enerji infrastrukturuna hücumları bir ay müddətinə dayandırmaq təklifini qəbul edib, Rusiya bunu yerinə yetirmir. Rusiya istənilən vaxt 30 gün müddətinə tam və qeyd-şərtsiz atəşkəs təklifi ilə razılaşa bilər”.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Pasxa bayramı münasibətilə atəşkəs elan edib.