Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Naxçıvanın muxtar statusunun ləğvinə hazırlıq sürətlənir”

“Naxçıvanın muxtar statusunun ləğvinə hazırlıq sürətlənir”

Xəbər verdiyimiz kimi, bu gün Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ləğv edilərək DTX-nin Naxçıvan Baş İdarəsi yaradılıb.

REAL Partiyasının İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli bu qərarı Naxçıvanın Muxtar Respublika statusunun ləğvinə hazırlıq kimi dəyərləndirib.

O qeyd edib ki, unitar ölkə olan Azərbaycanda heç bir ərazinin özəl statusuna ehtiyac yoxdur: “Belə başa düşürəm ki, Naxçıvanın Muxtar Respublika statusunun ləğvinə hazırlıq sürətlənir – doğru yanaşmadır. Amma bu addımın illərdir dediyimiz hüquqi bazası, konstitusiya islahatları ayağı mütləq olmalıdır. Yeni Konstitusiyada bir çox məsələlərlə yanaşı, ölkənin inzibati-ərazi bölgüsü də dəyişdirilməli, yaradılmış 14 iqtisadi rayon (Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan da daxil olmaqla) inzibati-ərazi vahidinə çevrilməli, yerli özünüidarəetmə gücləndirilməli, Böyük Şəhər Bələdiyyələri və seçkili Mer institutu təsis edilməlidir. Bu, həm də Xankəndində yaşayan erməni əsilli azərbaycanlıların (bir daha – azərbaycanlı etnik mənsubiyyət deyil, vətəndaşlıq tanımı, üst kimlikdir) ölkəyə siyasi-iqtisadi-inzibati-sosial inteqrasiyasını da sürətləndirəcək amil olmaqla yanaşı, ölkənin tamamında da sistem islahatlarına, idarəetmənin təkmilləşdirilməsinə, nəhayət ki, start verilmiş olacaq”.

Editor

Related Posts