Today Bazar ertəsi, 21st Aprel 2025
Birinci 24

Birinci 24

Ölən Papanın yerinə kim keçəcək? – Mümkün 5 namizəd…

Ölən Papanın yerinə kim keçəcək? – Mümkün 5 namizəd…

Roma Papası Fransiskin 88 yaşında vəfat etməsi ilə Katolik kilsəsində yeni mərhələnin başlanğıcı qoyuldu.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Fransiskin vəfatından sonra Kardinallar Kolleci Katolik kilsəsinin gələcək kursunu müəyyən etmək üçün konklav hazırlıqlarına, yəni yeni Papanın seçilməsi prosesinə başlayıb.

Bu proses, Papanın ölümündən 15-20 gün sonra keçiriləcək rəsmi səsvermə ilə yekunlaşacaq.

Sikstin kapellasında keçiriləcək konklavda 80 yaşdan aşağı olan kardinallar gizli səsvermə yolu ilə yeni Papanı seçəcəklər. Qələbə üçün 2/3 səs çoxluğu tələb olunur. Səsvermənin nəticəsi ənənəyə uyğun olaraq tüstü vasitəsilə elan ediləcək – ağ tüstü yeni Papanın seçildiyini, qara tüstü isə prosesin davam etdiyini bildirir.

Notre Dame Universitetinin teologiya professoru Ulric Lehner qeyd edir ki, Fransisk sağlığında səsvermə hüququna malik kardinalların əksəriyyətini özü təyin edib. O, pontifikin idarəetmə tərzinin şəxsiyyətlərarası münasibətlərin formalaşmasına mane olduğunu bildirir.

Nyu-Hempşir Universitetinin dekanı Mişel Dillon bildirib ki, Fransisk ardıcıl olaraq şəffaflıq və peşəkarlığı təqdim etməyə çalışıb. Onun sözlərinə görə, yas dövründə kardinallar arasında şəxsi ünsiyyət üçün çoxlu imkan yaranacaq.

Yeni Papa kim ola bilər?

Mümkün namizədlər arasında fərqli ölkələri və baxışları təmsil edən şəxslər var:

Luis Antonio Taqle (Filippin) – 67 yaşlı mütərəqqi kardinallardan biri və Fransiskin yaxın adamı.

Pietro Parolin (İtaliya) – 70 yaşlı Vatikanın dövlət katibi, mötədil və təcrübəli diplomat.

Peter Turkson (Qana) – 76 yaşlı, sosial ədalət uğrunda tanınmış mübariz. O seçilərsə, 1500 ildən sonra ilk afrikalı Papa olacaq.

Peter Erdjo (Macarıstan) – 72 yaşlı mühafizəkar, pravoslavlığa yaxın mövqedə duran kardinallardandır.

Ancelo Skola (İtaliya) – 82 yaşında olan ənənəçi kardinal, 2013-cü il konklavının finalçısıdır. Yaşı əsas maneə kimi göstərilir.

Editor

Related Posts