İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri mayın ilk həftəsində planlaşdırılır.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
“Bu səfər iki ölkə arasında əlaqələrin inkişafı baxımından mühüm səfərdir və iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün mövcud olan məsələlərin gündəmə gəlməsi və müzakirələr aparılması üçün bir fürsətdir”, – o qeyd edib.