Aprelin 29-da doğma yurduna yola salınan köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu mərhələdə köçürülən 68 nəfərdən ibarət 15 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Ballıca kəndində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş fərdi yaşayış evlərində mənzillər verilib.