Today Çərşənbə axşamı, 13th May 2025
Birinci 24

Birinci 24

Məkkəyə icazəsiz gedənləri bu cəzalar gözləyir

Məkkəyə icazəsiz gedənləri bu cəzalar gözləyir

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi icazəsiz Həcc ziyarətinə gedənlər və onlara kömək edənlər üçün cəzalar açıqlayıb.

Birinci24 informasiya agentliyi Səudiyyə Ərəbistanı mətbuatına istinadən xəbər verir ki, cərimələr çərşənbə axşamından təxminən iyunun 10-dək tətbiq olunacaq.

Nazirliyin açıqladığı məlumatda deyilir:

“İcazəsiz Həcc ziyarəti zamanı yaxalanan və ya buna cəhd edən şəxslərə, həmçinin qeyd olunan müddət ərzində Məkkə şəhərinə və müqəddəs məkanlara daxil olmaq və ya orada qalmaq istəyən bütün növ ziyarət vizası sahibləri 20 min riyal (9000 manat) cərimə ediləcək. Həmin şəxslər üçün ziyarət vizası ilə bağlı müraciət edən hər kəsə 100 min riyala (45 min 300 manat) qədər cərimə tətbiq ediləcək”.

Qeyd olunub ki, eyni cərimə, həmin müddət ərzində ziyarət vizası olan şəxsləri Məkkə şəhərinə və müqəddəs məkanlara daşıyan və ya daşımağa cəhd edən, habelə ziyarət vizası sahiblərini hər hansı bir yaşayış məntəqəsində, o cümlədən mehmanxanalarda, mənzillərdə, fərdi yaşayış evlərində, sığınacaqlarda sığındıran və ya buna cəhd edənlərə də şamil ediləcək.

Həmçinin, ziyarət vizası sahiblərinin daşınması üçün istifadə edilən nəqliyyat vasitələrinin müsadirə olunması üçün müvafiq məhkəməyə müraciət olunacaq.

Qeyd edək ki, qaydaları pozan əcnəbi şəxsləri, həmçinin 10 il ölkəyə giriş qadağası gözləyir.

Editor

Related Posts