Hindistan hava məkanını bütün Pakistan təyyarələri üçün bağlayıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu Cənubi Asiya respublikasının verdiyi NOTAM aviasiya bildirişi sübut edir.
Pakistan təyyarələri üçün hava məkanının bağlanması qərarı aprelin 30-dan mayın 23-dək qüvvədə olacaq.
Bildirişin “Pakistan Hava Yolları” tərəfindən qeydiyyata alınmış bütün təyyarələrə şamil ediləcəyi bildirilir.
Bu həm mülki, həm də hərbi təyyarələri əhatə edir.
Qeyd edək ki, Pakistan bir neçə gün əvvəl Hindistan üçün hava məkanını bağlamışdı.