Today Çərşənbə axşamı, 29th İyul 2025
Birinci 24

Birinci 24

Naxçıvanın yeni iqtisadiyyat naziri kimdir? – Dosye

Naxçıvanın yeni iqtisadiyyat naziri kimdir? – Dosye

Kazım Hüseynəliyev Naxçıvan Muxtar Respublikasının yeni iqtisadiyyat naziri təyin olunub.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Kazım Hüseynəliyev 1987-ci ildə Naxçıvan şəhərində anadan olub.

Orta məktəbi Naxçıvan 12 nömrəli tam orta məktəbdə oxuyub.

Azərbaycan Dövlət Neft Akademiyasında “Menecment və strateji idarəetmə” ixtisası üzrə bitirib.

2012-ci ildə əmək fəaliyyətinə başlayıb. İqtisadiyyat Nazirliyində aparıcı məsləhətçi, sektor müdiri, şöbə müdiri vəzifəsində işləyib.

2024-cü ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təqdimatı ilə 5 may 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mayın 6-da keçirilən növbəti sessiyasında Kazım Hüseynəliyevin iqtisadiyyat naziri vəzifəsinə təyin olunması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı verilib.

Editor

Related Posts