AZAL-ın Bakı-Moskva reysləri təxirə salındı

AZAL-ın Bakı-Moskva reysləri təxirə salındı

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Bakıdan Rusiyanın paytaxtı Moskvaya həyata keçirilməsi planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri təxirə salınıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, buna səbəb sözügedən marşrutun müəyyən hissələrində məhdudiyyətlərin hələ də tətbiq edilməsidir.

Editor

Related Posts