Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Oksana Rəsulova: 100 minlik “Sevgi romanı”nda açıq-saçıqlıq yoxdur, amma ehtiraslı səhnələr var

Tədbirlərin birinə dəvət alan aktrisa ehtiraslı paylaşımla bağlı məsələyə aydınlıq gətirib:

“Paylaşılan foto filmin posteri deyil. Həmin kadr mənim tərəf müqabilim aktyor Şəhriyar Əbilovla oynadığımız tanqo rəqsindəndir. Rəqsimizin sonunda onunla üz-üzə dayanıb belə bir ehtiraslı poza vermişik. Yazdılar ki, mən Şəhriyarla öpüşmüşəm. Həmin fotoya diqqətlə baxsalar, orada öpüşün olmadığını görərlər. O rəqs necə olacaq və o rəqsdən sonra nələr olacaq? – bunu filmimiz çıxanda biləcəksiniz. Açıq-saçıq səhnə yoxdur, amma ehtiraslı səhnələr var. Açıq-saçıq səhnələrdən mən ümumiyyətlə uzağam. Sevgiyə aid hansı səhnə istəyirsinizsə, bu filmdə yer alıb”.

Oksana tezliklə premyerası olacaq filminə izləyicilər tərəfindən gələcək irad və tənqidlərə hazır olduğunu bildirib:

“Hər hansı film çıxdıqda, açıq-saçıq səhnə tamaşaçılar tərəfindən tənqid olunur. Bu normaldır və olmalıdır”.

“Mələyin öpüşü”nü hind filmlərinin “remake”i (red:təkrar) adlandırdılar. “Sevgi romanı”nı da bu aqibət gözləyir?” sualına cazibədar aktrisa bu cür reaksiya verdi:

“Hər zaman insanlar nəyisə nəyəsə bənzədirlər. Amma “Sevgi romanı” filmi türksayağı romantik bir melodramdır. Film həvəskarları ekran əsərini izlədikdə həyatda tez-tez rast gəldikləri sevgi, xəyanət, satqınlıq kimi məqamların şahidi olacaqlar. Dekabrın 12-dən etibarən tamaşaçıların intizarına son qoyulacaq. Çünki bu tarixdə “Sevgi romanı”nın premyerası keçiriləcək”.

Filmin büdcəsinə gəldikdə isə Oksana qəti fikir söyləmədi:

“Hesab edirəm ki, çəkdiyimiz film bizə həm uğur gətirəcək, həm də pul qazandıracaq. Sadəcə onu deyə bilərəm ki, filmə 100 mindən çox pul xərcləmişəm”.

admin

Related Posts