Today Bazar ertəsi, 12th May 2025
Birinci 24

Birinci 24

Ər-arvad bir ay fərqlə Prezident mükafatı aldılar

Ər-arvad bir ay fərqlə Prezident mükafatı aldılar

Prezident İlham Əliyevin Sərəncamı ilə bir sıra incəsənət xadimi Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb. İncəsənət xadimlərinin arasında Azərbaycanın teatr rejissoru, Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru Anar Sadıqov (Babalı) da var.

Birinci24 informasiya agentliyi “Unikal”a istinadən xəbər verir ki, bundan bir ay öncə Azərbaycan Yazıçılar Birliyində (AYB) də bir sıra şair və yazıçılara Prezident mükafatı verilib.

Mükafat alanlardan biri isə şairə və yazıçı Banuçiçək Sadıqova (Muharrem) olub.

Qeyd edək ki, Anar Sadıqov və Banuçiçək Sadıqova 13 ildir evlidirlər. Cütlük 2012-ci ildə ailə həyatı qurub, 2 övladları var.  

Editor

Related Posts