Rusiya Prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp Qələbə Günü münasibətilə köməkçiləri vasitəsilə bir-birlərini təbrik ediblər.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov Birinci Kanala danışarkən bildirib.
“Rusiya prezidenti və Prezident Tramp öz köməkçiləri vasitəsilə ümumi bayramımız münasibətilə bir-birini təbrik ediblər”, – Uşakov bildirib.