Today Çərşənbə axşamı, 13th May 2025
Birinci 24

Birinci 24

Tofiq Yaqublu aclığı dayandırıb

Tofiq Yaqublu aclığı dayandırıb

Həbsdə olan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu 40 gündür apardığı aclıq aksiyasını dayandırıb. 

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi “Facebook” səhifəsində məlumat verib. 

N.Həzi bildirib ki, onu və ailə üzvlərini nəzərə alaraq aclıq aksiyasını dayandırması üçün atasına “yalvarıb”. Yaqublu da razılaşıb. 

O əlavə edib ki, hazırda həkim Adil Qeybulla Penitensiar Xidmətin Müalicə Müəssisəsində Yaqublunun müayinəsi ilə məşğuldur. 

T.Yaqublu aprelin 1-dən azadlığa buraxılması üçün aclıq edirdi. 

Mayın 6-da Apellyasiya Məhkəməsi onun ev dustaqlığına buraxılması haqqında vəsatəti təmin etməyib. 

Məhkəmənin növbəti iclası mayın 20-də baş tutacaq.

Editor

Related Posts