Today Bazar ertəsi, 28th İyul 2025
Birinci 24

Birinci 24

ABŞ və Çin arasında ticarət tarifləri müvəqqəti olaraq azaldıldı

ABŞ və Çin arasında ticarət tarifləri müvəqqəti olaraq azaldıldı

ABŞ və Çin arasında son vaxtlar gərginləşən ticarət münasibətlərində mühüm irəliləyiş əldə olunub.

Birinci24 informasiya agentliyi CNBC-yə istinadən xəbər verir ki, iki ölkə 90 günlük müddət ərzində qarşılıqlı idxal tariflərini 125%-dən 10%-ə endirmək barədə razılığa gəliblər.

Qeyd edək ki, bu razılaşma İsveçrədə keçirilən danışıqlar zamanı əldə olunub. ABŞ Maliyyə Naziri Skott Bessent danışıqların məhsuldar keçdiyini bildirib: “Cenevrə gölündə baş tutan bu proses, razılığın əldə olunmasına mühüm töhfə verdi”.

Bununla belə, ABŞ-nin bu ilin fevralında fentanilin qeyri-qanuni idxalına görə tətbiq etdiyi 20%-lik tariflər qüvvədə qalır.

Bu, Çindən idxal edilən məhsullara tətbiq olunan ümumi tariflərin 30% səviyyəsində qalacağı anlamına gəlir.

Çinin Ticarət Nazirliyi də məsələyə münasibət bildirib. Nazirliyin yaydığı bəyanatda vurğulanıb ki, Çin və ABŞ qarşılıqlı faydalı əməkdaşlığı davamlı şəkildə gücləndirmək və iqtisadi-ticarət münasibətlərini sabit və sağlam şəkildə inkişaf etdirmək niyyətindədirlər.

Eyni zamanda, tərəflər gələcək ticarət əlaqələrinin davamlı şəkildə inkişafı üçün xüsusi mexanizm yaradacaqlarını da açıqlayıblar.

Xatırladaq ki, 2025-ci ilin fevralında ABŞ Prezidenti Donald Tramp fentanilin qeyri-qanuni idxalını əsas gətirərək, Çindən gətirilən məhsullara tətbiq olunan tarifləri 10%-dən 20%-ə, daha sonra isə 125%-ə qədər artırıb. Çin də buna cavab olaraq aprelin 12-də ABŞ mallarına 125%-lik tarif tətbiq edib.

Tariflərin azaldılması xəbəri maliyyə bazarlarına da müsbət təsir göstərib. Nasdaq fyuçersləri 3,6%, S&P 500 fyuçersləri 2,8%, Dow Jones fyuçersləri isə 2,3% artıb. Pan-Avropa Stoxx 600 indeksi 0,7% yüksəlib. ABŞ dolları isə son bir ayın ən yüksək səviyyəsinə çatıb.

Editor

Related Posts