Today Bazar ertəsi, 12th May 2025
Birinci 24

Birinci 24

Otellərdə bir gecəlik qiymət – Şuşada 165, Laçında isə 63 manat olub

Otellərdə bir gecəlik qiymət – Şuşada 165, Laçında isə 63 manat olub

Bu ilin ilk rübü ərzində Şuşa şəhərində yerləşən otellərdə insanlar 8 min 285 gecə keçiriblər.

Birinci24 informasiya agentliyi açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Şuşadakı otellərdə bir gecə qalmağın orta qiyməti 165 manat olub.

Qeyd edək ki, bu məbləğə yalnız otağın qiyməti daxildir.

Onu da bildirək ki, bu ilin ilk rübündə Şuşadan başqa işğaldan azad olunan rayonlardan yalnız Laçındakı otellərdə gecələmə qeydə alınıb. İlk 3 ay ərzində Laçın otellərində 400 gecə keçirilib və bir gecənin orta qiyməti 63 manat olub.

Editor

Related Posts