Today Çərşənbə, 14th May 2025
Birinci 24

Birinci 24

“Georgi lenti” taxan sədr vəzifəsindən azad edildi

“Georgi lenti” taxan sədr vəzifəsindən azad edildi

Faşizm üzərində Qələbə günü – mayın 9-da tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov vəzifəsindən azad edilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyəti bu barədə məlumat yayıb.

Bildirilib ki, S.Səmədov İdarə Heyəti Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub:

“S.Səmədov həmçinin Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.

Azərbaycan Ağsaqqallar Şurasının aparatına yerli bölmələrin fəaliyyətinə nəzarətin artırılması barədə tapşırıqlar verilib”.

Editor

Related Posts