Today Cümə axşamı, 15th May 2025
Birinci 24

Birinci 24

“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb

“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb

Son bir ildə Azərbaycanda təqaüd alan “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı 1,9% və ya 90 nəfər azalıb.

Aaçıqlanan rəsmi statistikaya istinadən, son bir ildə “Xalq” fəxri adı daşıyanların sayı 7 nəfər, “Əməkdar” fəxri adı daşıyanların sayı isə 83 nəfər azalıb.

Bu ilin aprel ayının əvvəlinə olan sonuncu məlumata görə, Azərbaycanda 247 nəfər “Xalq”, 4 495 nəfər isə “Əməkdar” fəxri adına görə təqaüd alır.

Onu da bildirək ki, “Xalq” və “Əməkdar” fəxri adı daşıyan şəxslərə verilən təqaüdün məbləği son bir ildə dəyişməyib. “Xalq” fəxri adı daşıyanlara ayda 200 manat, “Əməkdar” fəxri adı daşıyanlara isə ayda 150 manat təqaüd verilib.

Editor

Related Posts