Today Bazar ertəsi, 9th İyun 2025
Birinci 24

Birinci 24

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəməyə görə hökm oxunub

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəməyə görə hökm oxunub

Mayın 21-də Bakı Hərbi Məhkəməsində hərbi hissədə 143 milyon manat mənimsənilməsi ilə bağlı işdə təqsirləndirilən şəxslərdən birinə hökm oxunub. 

Birinci24 informasiya agentliyi xəbər verir ki, Hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissənin keçmiş maliyyə-xidmət rəisi, kapitan Vahid Novruzlu 11 il azadlıqdan məhrum edilib. 

Novruzlu son sözündə özünü qismən təqsirli bildiyini, yalnız yüksək rütbəli şəxslərin tapşırığını yerinə yetirdiyini deyib. 

İş üzrə digər təqsirləndirilən şəxslərlə birlikdə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Təqsirləndirilən şəxslərin ümumi sayı 10-dan yuxarıdır. Onların barəsində olan cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. 

Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Editor

Related Posts