Azərbaycan mahnılarını oğurlayan erməni qarmonçunun ifası “YouTube”dan silindi

Azərbaycan mahnılarını oğurlayan erməni qarmonçunun ifası “YouTube”dan silindi

“Bəs nə deyim”, “Ay bəri bax”, “Niyə yox deyirsən” və “Güman yeri var” Azərbaycan mahnılarının musiqilərinin popuri şəklində erməni qarmon ifaçısı Qagik Stepanyan tərəfindən mənimsənilməsi aradan qaldırılıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Qagik Stepanyan “Bəs nə deyim”, “Ay bəri bax”, “Niyə yox deyirsən” və “Güman yeri var” Azərbaycan mahnılarının musiqilərini popuri şəklində qarmonda ifa edərək erməni mahnısı kimi təqdim edib və səhifəsində yerləşdirib. Q.Stepanyan mahnıların adlarını və onların müəlliflərinin adlarını qeyd etməyib.

Qeyd edilən məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) texniki yardımı ilə erməni qarmon ifaçısı Qagik Stepanyanın ifası “YouTube”un qeyd edilən səhifəsindən silinib.

Editor

Related Posts