Mənzurə Musayeva:”Nə etsəm də, qayınanam qədrimi bilmədi”

Mənzurə Musayeva:”Nə etsəm də, qayınanam qədrimi bilmədi”

Müğənni Mənzurə Musayeva maraqlı açıqlamalar verib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, o, uğursuz ailə həyatından danışıb.

Hər cür fədakarlıqları etdiyini deyən sənətçi qayınanasının onun qədrini bilməməsindən gileylənib:

“İnsanlar mənə heç vaxt dəyər verməyib. Təkcə Allah mənə dayaq olub. Yaxşılıq edənin qədri bilinmir. Ərimin qohumları qaçqın olaraq gəlmişdilər. Bir otaqlı evdə 9 nəfərə yer saldım. Özüm mətbəxdə yatırdım. Bunları kim edər? Qazanıb gətirirdim, hamısı üçün nəsə edirdim. O vaxt qız toylarına gedirdim. Həyat yoldaşım məni yalnız qadın məclislərinə getməyimə icazə verirdi. Çoxlu xalatlar, corablar daşıyıb verirdim qayınanamgilə, onlar da dükana qoyub satırırdılar.

Toya gedəndə öncədən 4-cü yeməyə kimi bişirib qoyurdum ki, ac qalmasınlar. Söz tapmıram, heç olmasa, bir dəyər verərdilər”.

Editor

Related Posts