Ötən il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna ayrılmış 13,7 milyon manat vəsaitə qarşı icra 11,1 milyon manat və ya 81 faiz təşkil edib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.
Bu vəsaitin 1,7 milyon manatı Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı göstərilməsi ilə bağlı xərclərə, 8,5 milyon manatı mənəvi dəyərlərin qorunmasını həyata keçirən şəxslərə dövlət tərəfindən maddi yardımın göstərilməsinə, 0,1 milyon manatı Azərbaycan İlahiyyat İnstitutunda təhsil alan tələbələrə maddi yardımın göstərilməsinə, 0,8 milyon manatı Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti və saxlanılması xərclərinə və digər tədbirlərə yönəldilib.
Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.