Azərbaycan, Türkiyə və Pakistan liderləri Laçında seyrəngaha baş çəkiblər

Azərbaycan, Türkiyə və Pakistan liderləri Laçında seyrəngaha baş çəkiblər

Mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Laçın şəhərində yerləşən seyrəngahda olublar.

Birinci24 informasiya agentliyi xəbər verir ki, dövlət və hökumət başçılarına, Prezident İlham Əliyevin iki il öncə – 28 may tarixində, məcburi köçkünlərin Laçına qayıdışı zamanı onlara ev açarlarını təqdim etdiyi bildirilib.

Qonaqlara məlumat verilib ki, hazırda bu ərazidə Laçında fəaliyyətə başlamış müxtəlif müəssisələrin məhsulları təqdim olunur. Sərgidə “Laçın” Aqro-Sənaye Parkı, “PIRSHAGHI” ayaqqabı fabriki, “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzinin Laçın filialı və “LATIFA” tikiş fabrikində istehsal edilən məhsullar nümayiş etdirilir.

Bundan başqa, sərgidə “Bakı Abadlıq Xidməti”, efir yağları istehsalı zavodu, “Naxışlı” tikiş evi, Laçın Heyvandarlıq Seleksiya Mərkəzi və “Həkəri” balıqçılıq təsərrüfatı da təmsil olunur.

Qeyd edək ki, bu sərgi 28 May – Müstəqillik Günü münasibətilə təşkil edilib.

Editor

Related Posts