Laçın Beynəlxalq Hava Limanının açılışı baş tutdu

Laçın Beynəlxalq Hava Limanının açılışı baş tutdu

Mayın 28-də Laçın Beynəlxalq Hava Limanının rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.

Birinci24 informasiya agentliyi xəbər verir ki, liderlər rəmzi olaraq lenti kəsərək aeroportun fəaliyyətə başladığını elan ediblər. Mərasim zamanı dövlət başçılarına Laçın Hava Limanının simvolik açarları təqdim olunub.

Qeyd edək ki, Laçın Beynəlxalq Hava Limanı işğaldan azad edilmiş ərazilərdə tikilən sayca üçüncü hava limanıdır və bölgənin nəqliyyat infrastrukturunda mühüm rol oynayacaq.

Editor

Related Posts