Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

I Divizion: “Araz-Naxçıvan” növbəti dəfə heç-heçə edib

Futbol üzrə Azərbaycan I Divizionunun X turu çərçivəsində “Araz-Naxçıvan” bu gün MOİK-i qəbul edib.

“Araz-Naxçıvan” 8-ci dəqiqədə hesabı açıb. Həzrət İsayev fərqlənib. 13 dəqiqə sonra qonaqlar hesaba tarazlıq gətirib. MOİK-in heyətində İlham Allahverdiyev topu Naxçıvan təmsilçisinin qapısından keçirib. 1-1. 5 dəqiqə sonra qonaqlar yenidən mərkəzə dəvət olunub. “Araz-Naxçıvan” Ege Atlam Adnanla yenidən önə keçib. İlk hissə 2-1-lik hesabla yekunlaşıb.

İkinci hissəyə də fəal başlayan ev sahibi 53-cü dəqiqədə hesab arasındakı fərqi iki topa çatdırıb. Komandanın ən sərrast futbolçusu Orxan Əliyev fərqlənib. Qapılar önündə təhlükəli vəziyyətlər yaransa da oyun 82-ci dəqiqəyə qədər bu hesabla davam edib. Yanlız 82-ci dəqiqədə qonaqlar İlham Allahverdiyevlə hesab arasındakı fərqi minumuma endirib. 1 dəqiqə sonra İlham Allahverdiyev yenidən fərqlənməklə het-trik edib. Beləcə oyunu üstün şəraitdə keçirən “Araz-Naxçıvan” son dəqiqələrdə qalibiyyəti əldən verib. Görüş bu hesabla yekunlaşıb. “Araz-Naxçıvan” 3-3 MOİK.

Qeyd edək ki, “Araz-Naxçıvan” 2 ardıcıl heç-heçə etməsinə baxmayaraq 23 xalla turnir cədvəlinə başçılıq edir.

admin

Related Posts