Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Ərə getdim deyə, Azərbaycandan köçdüm”

Uzun müddətdir Türkiyədə yaşayan müğənni Sevinc Ağaşirinova Xəzər TV-də yayımlanan “Səhər mərkəzi” proqramında Azərbaycandan getməsinin səbəbini açıqlayıb.

İfaçı evləndiyi üçün bu addımı atdığını bildirib:

“Başqa bir şəhərə ərə getmişdim. Dubayda yaşayırdım. Sonra Amerikaya köçdüm, ancaq oralar ürəyimə yatmadığı üçün Türkiyəyə qayıtdım”.

Söhbət zamanı İstanbulda ev sahibi olduğunu deyən Sevincin Bakıdan getməsinə səbəb olan həyat yoldaşından ayrıldığı məlum olub. O bildirib ki, hazırda sevgilisi var və yenidən evlənməyə hazırlaşır.

Ağaşirinova Türkiyədə biznesi olduğunu da söyləyib:

“Türkiyədə həm biznesim var, həm aktrisalıq, həm də müğənnilik edirəm. Əmlak sektoru və ixracatla məşğulam”.

admin

Related Posts