Bu marketlərdə məhsul üzərində göstərilən qiymətdən baha satılıb – Cərimələndilər

Bu marketlərdə məhsul üzərində göstərilən qiymətdən baha satılıb – Cərimələndilər

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən olan “ANC Group” MMC (“Rahat” market) və “Azərbaycan Supermarket” MMC (“Bravo” market) barəsində İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən protokol tərtib edib.

Birinci24 informasiya agentliyi Agentlikdən açıqlanan məlumata istinadən xəbər verir ki, “ANC Group” MMC  və Azərbaycan Supermarket” MMC “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozublar. Belə ki, “ANC Group” MMC (“Rahat” market) və “Azərbaycan Supermarket” MMC (“Bravo” market) qida məhsulunu üzərində göstərilən qiymətdən baha satıblar.

Məlumat üçün bildirək ki, 2010-cu ildə dövlət qeydiyyatına alınan “ANC Group” MMC-nin nizamnamə kapitalı 7 milyon 83 min manat, qanuni təmsilçisi isə Abdullayev Samir Rafiq oğludur.

“Azərbaycan Supermarket” MMC isə 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Hazırda Dövlət Vergi Xidmətinin reyester bölməsində “Azərbaycan Supermarket” MMC barəsində məlumatlar mövcud deyil.

Editor

Related Posts