İranın Azərbaycandakı səfirinin seçilməsi ilə bağlı inzibati proses yekunlaşıb.
Birinci24 informasiya agentliyi İran KİV-ə istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai Azərbaycana səfir təyinatı prosesi ilə bağlı sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, İranın Azərbaycandakı səfiri seçilib və təqdim edilib.
Rəsmi nümayəndə səfir vəzifəsinə namizəd olan şəxsin bu sahədə mütəxəssis olduğunu qeyd edib.
Bəqai həmçinin inzibati proses başa çatdıqdan sonra yeni səfirin adının açıqlanacağını bildirib.
“İranın Azərbaycandakı yeni səfirinin seçilməsi ilə bağlı inzibati proses başa çatıb və bununla bağlı müvafiq prosedur yekunlaşıb”, – İran XİN rəsmisi qeyd edib.