Xankəndi və Xocalıda ermənilərin tikdiyi evlər sökülür 

Xankəndi və Xocalıda ermənilərin tikdiyi evlər sökülür 

Xankəndi şəhəri və Xocalı və Ağdərə rayonlarında ermənilərin “işğal dövründə inşa etdiyi qanunsuz tikililər” sökülür. 

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Prezidentin Xankəndi, Xocalı və Ağdərədə xüsusi nümayəndəsi Elçin Yusubov iyunun 2-də Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda çıxışı zamanı bildirib. 

O deyib ki, 30 ildən artıq işğal altında olan bu ərazilərdə ermənilər tərəfindən “xeyli sayda özbaşına tikinti işləri” aparılıb və şəhər və rayonların memarlıq üslubuna “xeyli zərər dəyib”

“Azərbaycanın memarlıq üslubuna aid olmayan bu tikililərin əksəriyyəti tikinti qaydalarına və normalarına görə çox keyfiyyətsiz inşa edilib. Bu səbəbdən də həmin tikililər sökülür”, – Yusubov deyib. 

O əlavə edib ki, hazırda Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin böyük şəhərciyi salınır və buna görə universitet ətrafında da böyük ərazidə söküntü işləri həyata keçirilir.

Editor

Related Posts