Laçında “MDB-nin mədəniyyət paytaxtı – 2025”in rəsmi açılışı olacaq

Laçında “MDB-nin mədəniyyət paytaxtı – 2025”in rəsmi açılışı olacaq

Azərbaycan Mədəniyyət Nazirliyi və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə 2-4 iyun tarixlərində Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçiriləcək.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu mübasibətlə Azərbaycandan və Müstəqil Dövlətlər Birliyinə (MDB) digər üzv ölkələrdən rəsmilər, incəsənət nümayəndələri, bədii kollektivlər və media mənsubları iyunun 2-də Laçın şəhərinə səfər ediblər.

MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub.  

Editor

Related Posts