Bakıda cəzaçəkmə müəssisəsində dam örtüyü uçub, bir məhkum ölüb

Bakıda cəzaçəkmə müəssisəsində dam örtüyü uçub, bir məhkum ölüb

Bakıda 12 saylı cəzaçəkmə müəssisəsinin dam örtüyünün uçması ölümə səbəb olub. 

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən APA-ya bildirilib. 

Məlumatda deyilir ki, iyunun 1-də cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş binasının dam örtüyü uçub və nəticədə Mövlam Mustafayev adlı məhkum xəsarətlər alıb. 
O, aldığı xəsarətlərdən iyunun 2-də vəfat edib. 

Nazirlik bildirir ki, hadisə nəticəsində digər məhkumlar və müəssisənin işçi heyəti xəsarət almayıb.

Faktla bağlı Bakı şəhəri Qaradağ rayon Prokurorluğunda araşdırma aparaldığı deyilir.

Editor

Related Posts