2023-cü ilin oktyabrında silahlı münaqişə başlayandan bəri Qəzza zolağında ölən fələstinlilərin sayı 54,5 min nəfəri keçib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə məlumat Fələstin anklavının Səhiyyə Nazirliyinin “Telegram” kanalında dərc olunub.
“2023-cü ilin oktyabr ayından Qəzzada hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 54 min 510, yaralananların sayı 124 min 901 nəfərə çatıb”, – nazirliyin hesabatında qeyd edilib.
Qəzza Səhiyyə Nazirliyi həmçinin qeyd edib ki, son 24 saat ərzində anklavda 40 fələstinli ölüb, 208 fələstinli yaralanıb.