İranın Azərbaycandakı yeni səfiri seçilib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.
Məlumata görə, hazırda İran Xarici İşlər Nazirliyinin Avrasiya üzrə baş direktoru olan Müctəba Dəmirçili İrannın Azərbaycandakı yeni səfiri kimi təqdim edilib.
Qeyd edək ki, İranın Azərbaycandakı keçmiş səfiri Seyid Abbas Musəvi idi.