“İşçi Masası” fəalının “kars”da saxlanma müddəti 1 ay uzadılıb

“İşçi Masası” fəalının “kars”da saxlanma müddəti 1 ay uzadılıb

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevin cərimə kamerasında (karser) saxlanma müddəti daha 1 ay uzadılıb. 

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Mustafayevin ailə üzvləri bildirib. 

Onlar deyib ki, mayın 29-da fəalın karserdə saxlanma müddəti bitməli idi və o, evə zəng etməli idi. Lakin onun saxlanıldığı 6 saylı cəzaçəkmə müəssisəsindən ailəyə bildirilib ki, Mustafayevin saxlanma müddəti iyunun 29-a qədər uzadılıb. 

Ailəsi Mustafayevin davamlı karserdə saxlanılmasını “yuxarıların sifarişi” sayır və onun səhhətindən narahatlıq ifadə edir. 

Mayın 6-da Tofiq Yaqublunun azadlığa buraxılması tələbilə aclıq aksiyasına başlayandan sonra Mustafayev 6 saylı cəzaçəkmə müəssisəsinə gətirilib və burada karserə salınıb.

Fəal mayın 19-da karserdən çıxarılmalı olsa da, onun burada saxlanma müddəti 10 gün uzadılıb. 

Elvin Mustafayev 2023-cü ilin avqustunda narkotik maddələrin satışında ittiham olunaraq saxlanılıb. 

2024-cü il yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum edib.

Mustafayev ittihamı rədd edib və bunu onun “İşçi Masası”ndakı fəaliyyəti ilə əlaqələndirib. 

2022-ci ildə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü – sədr Afiəddin Məmmədov və üzvləri Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, ittihamların hamısını qurama, siyasi sayırlar.

Editor

Related Posts