“Britaniyanın ən böyük şirkətləri 3-cü dünya müharibəsinə hazırlaşır” – “The Telegraph”

“Britaniyanın ən böyük şirkətləri 3-cü dünya müharibəsinə hazırlaşır” – “The Telegraph”

Keçmiş ordu tank komandiri, hazırda “Sibylline” konsaltinq şirkətini idarə edən Castin Kramp deyir ki, onun Britaniyanın aparıcı supermarketlər şəbəkəsindən tutmuş Silikon Vadisi texnoloji nəhənglərinə qədər müştəriləri müharibə zamanı fəaliyyətini davam etdirmək üçün planlar hazırlayırlar.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Kramp hesab edir ki, qlobal münaqişə cəmi iki ildən sonra başlaya bilər.

Krampın sözlərinə görə, baş verə biləcək bir çox böhran var və artıq hazırlanır.

“CEO-lar müharibə ssenarisini sınaqdan keçirmək istəyirlər, çünki bunun ağlabatan olduğunu düşünürlər. Onlar bizneslərinin bunun öhdəsindən gələ biləcəyinə əmin olmaq istəyirlər”, – Kramp deyib.

Editor

Related Posts