Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb.
Birinci24 informasiya agentliyi “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin rəhbərinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Paşinyan Ərdoğanı Qurban bayramı münasibətilə təbrik edib.
Öz növbəsində Ərdoğan Paşinyanı 2026-cı ilin yazında Ermənistanda Avropa Siyasi Birliyinin sammitinin keçirilməsi münasibətilə təbrik edib.
Hökumət başçıları Ermənistan-Türkiyə münasibətləri və regionla bağlı məsələləri müzakirə ediblər.
Telefon danışığı zamanı həmçinin başlanmış dialoqun davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.
Qeyd edək ki, Paşinyanla Ərdoğan arasında sonuncu telefon danışığı 2024-cü ilin iyununda baş tutub.