Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

İmran Xanın son durumu açıqlandı: Bir neçə güllə dəyib – Yenilənib

İmran Xanın son durumu açıqlandı: Bir neçə güllə dəyib – Yenilənib

Pakistanın keçmiş Baş naziri İmran Xan sui-qəsd cəhdi zamanı ayağından 3-4 güllə yarası alıb.

Bu barədə onun partiyasının üzvləri bildirib.

Sabiq Baş nazirin hazırda xəstəxanaya yerləşdirilib. Yarasının yüngül olduğu bildirilib. 

***
16:12

Pakistanın keçmiş Baş naziri İmran Xana qarşı sui-qəsd olub. O, Qucranvala şəhərində siyasi yürüş zamanı açılan atəş nəticəsində ayağından vurulub.

Bu barədə Pakistan mətbuatında məlumat yayılıb. Bildirilib ki, Xanın rəhbərlik etdiyi “Təhrik-i-İnsaf” (Ədalət Uğrunda Hərəkat) siyasi hərəkatının daha bir neçə üzvü yaralanıb.

Qeyd edilib ki, şübhəli şəxs saxlanılıb.

Məlumat üçün bildirək ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub.

Editor

Related Posts