İnflyasiyanın xarici mühitində qeyri-müəyyənliklərin azalması növbəti iclasda uçot dərəcəsinin azaldılması üçün zəmin yarada bilər.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu, Mərkəzi Bankın bu gün açıqladığı “Faiz dəhlizinin parametrləri haqqında” məlumatda yer alıb.
Məlumat üçün bildirək ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,25% səviyyəsində dəyişməz saxlanılıb və uçot dərəcəsilə bağlı növbəti qərar iyul ayının 23-də açıqlanacaq.
Onu da bildirək ki, Mərkəzi Bankın açıqlmasında yer alan “inflyasiyanın xarici mühitində qeyri-müəyyənliklərin azalması” ifadəsi ölkə daxilində inflyasiyaya təsir edən xarici amilləri nəzərdə tutur. Buraya beynəlxalq bazarlarda enerji qiymətləri, ərzaq mallarının qiymətləri, qlobal tədarük zəncirlərindəki vəziyyət, dünya iqtisadiyyatının ümumi durumu və geosiyasi risklər – müharibə, pandemiya, iqtisadi böhran və s. daxildir.