Today Bazar ertəsi, 16th İyun 2025
Birinci 24

Birinci 24

Britaniyada ilk dəfə bir qadın Mİ6 kəşfiyyatının rəhbəri oldu

Britaniyada ilk dəfə bir qadın Mİ6 kəşfiyyatının rəhbəri oldu

Böyük Britaniyanın Baş naziri Kir Starmer kəşfiyyat zabiti Blez Metrevelinin MI6 Gizli Kəşfiyyat Xidmətinin rəhbəri təyin edildiyini bəyan edib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Baş Nazirin ofisinin mətbuata bəyanatında bildirilib.

Bəyanatda onun ölkə tarixində bu vəzifəni tutan ilk qadın olacağı qeyd edilib.

“Blez Metrevelinin tarixi təyinatı bizim kəşfiyyat xidmətlərimizin işinin həmişəkindən daha vacib əhəmiyyət kəsb etdiyi bir vaxta təsadüf edir. Böyük Britaniya misli görünməmiş miqyasda təhlükələrlə üz-üzədir”, – Baş nazir bildirib.

Hazırda Mİ6-nın texnologiya departamentinə rəhbərlik edən 47 yaşlı Metreveli 1999-cu ildə xarici kəşfiyyatda işə başlayıb. O, karyerasının böyük hissəsini Yaxın Şərq və Avropada əməliyyat işlərində keçirib. Metreveli 2020-ci ilin oktyabrından Mİ6-ya təxminən beş il rəhbərlik edən Riçard Muru əvəz edəcək.

Metreveli 1909-cu ildən fəaliyyət göstərən təşkilatın tarixində MI6-nın 18-ci rəhbəri olacaq.

Dauninq-strit 10 ünvanında yerləşən ofisdən əlavə ediblər ki, Metreveli Kembric Universitetini bitirib. Məlumata görə, o, bu universitetdə antropologiya üzrə təhsil alıb.

Editor

Related Posts