Today Çərşənbə, 18th İyun 2025
Birinci 24

Birinci 24

“İsrailin səmalarına tam nəzarəti ələ keçirmişik” – SEPAH

“İsrailin səmalarına tam nəzarəti ələ keçirmişik” – SEPAH

“İran Hərbi Hava Qüvvələri İsrailə gecə hücumu zamanı İsrail səmasında nəzarəti təmin edib”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH – İran Silahlı Qüvvələrinin elit bölmələri) bəyanatına istinadən məlumat yayıb.

“Bugünkü raket hücumu göstərdi ki, biz işğal olunmuş ərazilərin (İsrail nəzərdə tutulur – red.) səmalarına tam nəzarəti ələ keçirmişik və onların sakinləri İranın raket hücumlarına qarşı tamamilə müdafiəsizdirlər”, – SEPAH-ın bəyanatında deyilir.

Üstünlüyün “Fateh” raketlərinin istifadəsi ilə əldə edildiyi vurğulanır.

Qeyd edək ki, daha əvvəl IDF-nin (İsrail Müdafiə Qüvvələri) mətbuat xidməti gecə ərzində İrandan iki dəfə hava hücumu edildiyini bəyan edib.

Editor

Related Posts