Doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb.
Birinci24 informasiya agentliyi “Report”a istinadən xəbər verir ki, bu mərhələdə köçürülən 154 nəfərdən ibarət 40 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
İyunun 18-də Bakının Qaradağ rayonundan Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu mərhələdə Kəngərli kəndinə 40 ailə – 154 nəfər köçürülür.