Today Çərşənbə, 18th İyun 2025
Birinci 24

Birinci 24

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad edildi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad edildi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan tutduğu vəzifədən azad edilib.

Birinci24 informasiya agentliyi “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, müvafiq sərəncamı Ermənistan Baş naziri Nikol Paşinyan imzalayıb.

Sərəncama əsasən, Milli Təhlükəsizlik Xidmətinin direktorunun funksiyaları müvəqqəti olaraq strukturun direktor müavini Andranik Simonyana həvalə edilib.

Qeyd edək ki, Armen Abazyan 2020-ci il noyabrın 8-dən Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsini daşıyıb. O, 2024-cü ilin yanvarında yenidən bu vəzifəyə təyin edilib.

Ermənistanda “Milli təhlükəsizlik orqanlarında xidmət haqqında” qanununa edilən dəyişikliklərə uyğun olaraq, MTN rəhbərini prezident deyil, baş nazir təyin edir.

Editor

Related Posts