Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bayden: Biz İranı tezliklə azad edəcəyik

Bayden: Biz İranı tezliklə azad edəcəyik

Biz İranı tezliklə azad edəcəyik. Bunu ABŞ Prezidenti Co Bayden Kaliforniyada çıxışı zamanı deyib.

O qeyd edib ki, İranda hökumət əleyhinə olan nümayişçilər tezliklə azadlıq əldə edəcəklər.

“Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar tezliklə özlərini azad edəcəklər”, – Bayden vurğulayıb.

Bayden “İranın azad edilməsi” üçün ABŞ hökumətinin konkret olaraq hansı addımlar atacağını açıqlamayıb. Ağ Ev Prezidentin bəyanatına hələ ki münasibət bildirməyib.

Xatırladaq ki, İranda 22 yaşlı Məhsə Əmininin Əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra ölməsi səbəbi ilə hökumət əleyhinə başlayan etirazlar artıq 7 həftədir davam edir.

Editor

Related Posts