Cəlilabad şəhəri, 3 saylı orta məktəbin yaxınlığında naməlum avtomobil 2014-cü il təvəllüdlü rayon sakini Ə.Novruzzadəni vuraraq hadisə yerindən uzaqlaşıb.
Muğan bürosunun məlumatına görə, yaralı ağır vəziyyətdə ətrafdakı şəxslərin yardımı ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.