Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şahbuzda YAP-ın 30 illiyi qeyd olunub

Şahbuz rayonunda Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Şahbuz Rayon Mədəniyyət Sarayında keçirilən tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının sədri Rizvan Məmmədov bildirib ki, 21 noyabr 1992-ci il dövlətçilik tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən biridir. Ölkəmizdə ictimai-siyasi sabitliyin gərgin olduğu həmin tarixdə ulu öndər Heydər Əliyevin banisi olduğu, xalqın inandığı və güvəndiyi bir siyasi təşkilat – Yeni Azərbaycan Partiyası yarandı. Zamanın tələbi kimi yaranan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın əsas qurucu və inkişaf qüvvəsinə çevrildi.

Qeyd olunub ki, 1993-cü ilin mart ayında təsis edilən partiyanın Şahbuz Rayon Təşkilatı da ötən dövr ərzində geniş təşkilatlanma yolu keçib, rayonun ən kütləvi və mütəşəkkil siyasi qurumuna çevrilib. Hazırda rayonda 46 ərazi ilk partiya təşkilatında 3 min 800 nəfər partiya üzvü vahid amal uğrunda birləşib. Üzvlərdən 1915-i gənclər, 1549-u isə qadınlardır.

Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev təşkilat üzvlərini təbrik edərək bildirib ki, Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində zəngin və şərəfli inkişaf yolu keçərək, ümumxalq partiyasına çevrilib. Qeyd olunub ki, partiyanın quruculuq prinsipləri əsasında həyata keçirilən tədbirlər nəticəsində Şahbuz rayonunun bütün yaşayış məntəqələrində geniş quruculuq-abadlıq işləri aparılıb, yeni yollar salınıb, sakinlərin rahat yaşaması üçün zəruri infrastruktur qurulub, bütün idarə, müəssisə və təşkilatlar üçün müasir iş şəraiti yaradılıb. 2007-ci ildə rayon mərkəzi olan Şahbuz qəsəbəsi şəhər statusu alıb, 2013-cü ildə isə Şahbuz şəhərinin inzibati ərazisinin genişləndirilməsi ilə bağlı müvafiq qərar qəbul edilib.

Bildirilib ki, Yeni Azərbaycan Partiyası rayon təşkilatının hər bir üzvü bundan sonrada ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində daha yaxından iştirak edəcək, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə və tərəqqisinə öz töhfəsini verəcəkdir.

Sonra təşkilatın partiya veteranı, Şahbuz Rayon Ağsaqqallar Şurasının sədri Təmleyxa Cəbiyevin, Rayon Təhsil Şöbəsi ərazi ilk təşkilatının sədri Gülnar Əlizadənin, partiya fəalı, Türkeş kənd tam orta məktəbinin direktoru Elminə Məmmədovanın çıxışları dinlənilib.

Tədbirdə partiyanın sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim edilib, partiya veteranı və fəallarına hədiyyələr verilib.

Sonda Yeni Azərbaycan Partiyasının 30 illiyinə həsr edilmiş konsert proqramı təqdim olunub.

admin

Related Posts