Today Cümə, 25th İyul 2025
Birinci 24

Birinci 24

Ağdam və Ağdərə rayonlarında güclü yanğın nəzarətə götürüldü

Ağdam və Ağdərə rayonlarında güclü yanğın nəzarətə götürüldü

Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən nəzarətə götürülüb.

Birinci24 informasiya agentliyi Nazirliyin yaydığı məlumata istinadla xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

“Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək”, – məlumatda deyilir.

***09:22
Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, yanğınla bağlı nazirliyin qaynar xəttinə məlumat daxil olub və əraziyə aidiyyəti qüvvələr cəlb olunub.

“Yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək”, – məlumatda deyilir.

Editor

Related Posts