Today Şənbə, 2nd Avqust 2025
Birinci 24

Birinci 24

Axtarışda olan diaspor rəhbəri İlham Əliyevə müraciət etdi: “Səfirliyin qonaq evində sığınacaq istəyirəm”

Axtarışda olan diaspor rəhbəri İlham Əliyevə müraciət etdi: “Səfirliyin qonaq evində sığınacaq istəyirəm”

Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilmiş azərbaycanlı iş adamı, Yekaterinburq şəhərindəki Azərbaycan diasporasının rəhbəri Şahin Şıxlınski Azərbaycan Prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb. O, müraciətində müvəqqəti sığınacaq və dövlət dəstəyi istəyir.

Şıxlınski bildirib ki, həm Azərbaycan, həm də Rusiya vətəndaşıdır. O, Rusiya hüquq-mühafizə orqanlarının qərarını əsassız sayır və baş verənləri Rusiyada azərbaycanlılara qarşı aparılan təzyiqlərin bir parçası kimi qiymətləndirir:

“Azərbaycan və Rusiya dövlətləri qarşısında çoxsaylı xidmətlərim olub. İndi isə çətin və həssas bir vəziyyətdəyəm. Mən, bir Azərbaycan vətəndaşı kimi, Rusiyada azərbaycanlılara qarşı təzyiqlər dayanana qədər Azərbaycan səfirliyinin qonaq evində müvəqqəti sığınacaqla təmin olunmağımı xahiş edirəm.”

Diaspor rəhbəri həmçinin qeyd edib ki, Azərbaycan dövlətindən yalnız hüquqi və mənəvi dəstək gözləyir:

“Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının və Moskvadakı səfirliyimizin bu məsələdə hüquqi və mənəvi dəstəyini təmin etməyinizi xahiş edirəm. Ədalət bərpa olunana qədər səfirliyimizin qonaq evində qalmaq imkanım bizim üçün çox önəmlidir.”

Hazırda Rusiya DİN-in axtarış bazasında Şahin Şıxlınskinin adı qeyd olunub, lakin barəsində konkret ittihamlar ictimaiyyətə açıqlanmayıb. O, uzun illərdir Yekaterinburq şəhərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatının rəhbəri kimi tanınıb və bir sıra humanitar layihələrdə iştirak edib.

Ekspertlər bildirirlər ki, xarici ölkədə Azərbaycan vətəndaşının rəsmi dövlət binasında – o cümlədən səfirlik və ya konsulluqda müvəqqəti sığınacaq alması istisna hal kimi baş verə bilər. Lakin bu, hüquqi deyil, daha çox diplomatik və siyasi qərarlardan asılıdır.

Editor

Related Posts