Today Çərşənbə axşamı, 12th Avqust 2025
Birinci 24

Birinci 24

Ehtiyatsızlıq Zəngilanda 5 min hektarlıq yanğına səbəb oldu

Ehtiyatsızlıq Zəngilanda 5 min hektarlıq yanğına səbəb oldu

Avqustun 10-da Zəngilan şəhəri ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Birinci24 informasiya agentliyi DİN-in Mətbuat Xidmətinin regional qrupunun yaydığı məlumata istinadla xəbər verir ki, araşdırmalarla yanğının 1985-ci il təvəllüdlü Vüsal Əlpənahov tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub.

“Hadisə nəticəsində 5 min hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Əməli törədən V.Əlpənahov saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.

Faktla bağlı Rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir”, – məlumatda deyilir.

Editor

Related Posts