Today Çərşənbə axşamı, 12th Avqust 2025
Birinci 24

Birinci 24

Türkiyədə baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb

Türkiyədə baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb

Ötən gün Türkiyənin Balıkəsir vilayətində 6,1 bal gücündə zəlzələ meydana gəlib.

Birinci24 informasiya agentliyi TRT-yə istinadla xəbər verir ki, daxili işlər naziri Ali Yerlikaya zəlzələ nəticəsində 1 nəfərin dünyasını dəyişdiyini açıqlayıb.

“Zəlzələ nəticəsində bir ədəd yaşayış binası dağılıb. Məlum olub ki, iki nəfər zəlzələ zamanı binadan çıxa bilib. Daha dörd vətəndaşımız xilas edilib. 81 yaşlı ahıl isə xilas edildikdən sonra dünyasını dəyişib”, – Yerlikaya bildirib.

O, həmçinin qeyd edib ki, ümumilikdə, zəlzələ nəticəsində 29 nəfər yaralanıb və onlardan heç birinin vəziyyəti ağır deyil.

Editor

Related Posts