Today Şənbə, 16th Avqust 2025
Birinci 24

Birinci 24

Tramp qızıla əlavə idxal rüsumları tətbiq etməyəcəyini açıqlayıb

Tramp qızıla əlavə idxal rüsumları tətbiq etməyəcəyini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp ölkəyə qızıl idxalına əlavə rüsumların tətbiq edilməyəcəyini bəyan edib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, o, “Truth Social” platformasında paylaşdığı qısa mesajında “Qızıla rüsum yoxdur!” sözlərini yazıb.

Qeyd edək ki, “Financial Times” qəzeti avqustun 7-də ABŞ Gömrük və Sərhəd Mühafizə Xidmətinin 31 iyul tarixli sənədinə istinadla 1 kq-lıq qızıl külçələrinin 39%-lik yeni idxal rüsumuna məruz qalacağı barədə xəbər yayıb. Bu məlumat İsveçrə ilə ABŞ arasındakı qızıl ticarətinə ciddi təsir edəcəyi ilə bağlı narahatlıqlar yaradıb.

İsveçrə Qiymətli Metallar İstehsalçıları və Dilerləri Assosiasiyasının prezidenti Kristof Uayld həmin vaxt bu qərarın iki ölkə arasında ticarətə “daha bir zərbə” vuracağını bildirib. 1 kq-lıq külçələr dünyanın ən iri qiymətli metal fyuçers bazarı olan Nyu-Yorkdakı Comex birjasında əsas ticarət formasıdır və İsveçrənin ABŞ-yə qızıl ixracının böyük hissəsini təşkil edir.

“Bloomberg” isə bildirir ki, qızılın maliyyə aktivi və qlobal valyuta kimi rolu, onu digər əmtəələrdən fərqləndirir və tariflər dünya üzrə külçə bazarlarına ciddi təsir göstərə bilərdi.

Bildirilir ki, Trampın bəyanatı qiymətli metallar bazarında rahatlıq yaradıb. ABŞ administrasiyası yaxın günlərdə qızıl külçələri və digər ixtisaslaşdırılmış mallara tətbiq olunacaq tariflər barədə aydınlaşdırıcı sənəd təqdim edəcək.

Editor

Related Posts