Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Facebook-da böyük ixtisarlar başladı: Minlərlə insan işsiz qaldı

Facebook-da böyük ixtisarlar başladı: Minlərlə insan işsiz qaldı

Facebook-un ana şirkəti Meta 11,000-dən çox işçini ixtisara salaraq, işçi qüvvəsini 13% azaldıb. Bu barədə Facebook-un rəhbər və qurucusu Mark Zukerberq məlumat verib.

Çərşənbə günü Zukerberq işçilərə göndərdiyi elektron məktubda “Mən bu qərarlara və bu duruma necə gəldiyimizə görə məsuliyyət daşıyıram. Bunun hamı üçün çətin olduğunu bilirəm və xüsusilə bundan təsirlənənlərdən üzr istəyirəm,” deyib.

Meta, inflyasiya və tənəzzül qorxusu fonunda işçilərini ixtisar edən Snap və Twitter kimi digər texnologiya firmalarına qoşulmağa başlayıb.

Zukerberq əlavə edib ki, o şirkətin xərclərini azaltmaq üçün işə qəbul prosedurunu gələn ilin 1-ci rübünədək dondurub.

Şirkətin bu vəziyyətə gəlməsini izah edən milyonçu, bunu son iki ildə pandemiyanın yaratdığı vəziyyətlə əlaqələndirib.

“Hər bir şirkət kimi mən də bunu etdim. Çünki hazırda investisiyalarımızı əhəmiyyətli dərəcədə artırmaq niyyətindəyəm. Təəssüf ki, ümid etdiklərim gözlədiyim kimi gerçək olmadı. Nəinki onlayn ticarət əvvəlki tendensiyalarına qayıtdı, hətta makroiqtisadi tənəzzül artaraq rəqabətlilik və reklamlardan gəlirlər xeyli aşağı düşdü. Elə bu da gəlirimizin gözlədiyimdən çox aşağı olmasına səbəb oldu. Mən bunu səhv başa düşdüm və buna görə məsuliyyəti öz üzərimə götürürəm,” deyə Zukerberq peşmanlıq etirafını belə ifadə edib.

Qeyd edək ki, Mark Zukeberqin bu açıqlamasından sonra Meta fondunun fyuçersləri 4,5%-dən çox bahalaşıb. Ümumilikdə isə son 12 ayda onun qiyməti 71,24% aşağı düşüb.

Editor

Related Posts